Bartra baş məşqçinin vazkeçilməz müdafiəsinə çevrilib

Bartra baş məşqçinin vazkeçilməz müdafiəsinə çevrilib

Superliqanın 7-ci həftəsində "Qaziantep" FK-nı 3-2 məğlub edən "Trabzonspor"da qələbə qolunu vuran ispan müdafiəçi Mark Bartra baş məşqçi Abdullah Avcının vazkeçilməz müdafiəsinə çevrilib. SİA xəbər verir ki, avqustun 16-da UEFA Avropa Çempionlar Liqasında "Kopenhagen"lə səfər matçının son 32 dəqiqəsində iştirak edən Bartra, daha sonra 3 avrokubok və 4 liqa matçının ilk 11-ində meydana çıxıb və hərəyə 90 dəqiqə xidmət edib.

Bartra 9 oyunda 706 dəqiqə, o cümlədən liqada 5 oyunda 404 dəqiqə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində 2 oyunda 122 dəqiqə, UEFA Avropa Liqasında isə 2 oyunda 180 dəqiqə meydanda olub. Bartra komandaya qatıldıqdan sonra baş məşqçi Abdullah Avcı bu futbolçunu sol müdafiəçilər Densvil və ya Hüqo ilə yan-yana oynadıb. Amma dəyişməyən yeganə ad Bartra idi. Ulduz futbolçu "Qaziantep" matçında qələbə qolunu vuraraq müəllimini güldürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə