Bu mövsüm Super Liqanın qalibi olmağı hədəfləyən "Qalatasaray" yay transfer dövründə heyətinə qatdığı ulduzlarla diqqət çəkib. SİA xəbər verir ki, sarı-qırmızılıların transfer mövsümünün son günündə "Rapid Vien"dən aldığı gənc futbolçu Yusuf Dəmirin oynayacağı oyun müzakirə mövzusu olub.
Daha əvvəl La Liqa nəhənglərindən biri olan "Barselona"da forma geyinən Yusuf Dəmir, karyerasında cəmi 83 rəsmi matça çıxan 19 yaşlı gənc futbolçu, keçirdiyi matçlarda 17 dəfə rəqib qapısını silkələyib. Digər tərəfdən o, 5 dəfə komanda yoldaşlarına qol ötürməsi verib. Dəmirin hazırkı bazar qiyməti 9 milyon avro olaraq göstərilir.
Türkiyə əsilli avstriyalı Yusuf Dəmirin hansı statusda oynayacağı müzakirə olunub. 4 dəfə Avstriya Milli Komandasının formasını geyinən Yusuf FİFA qaydalarına görə Türkiyə A Milli Komandasını seçmək şansını itirib. Türkiyə adından beynəlxalq yarışlarda iştirak edə bilməyəcək gənc ulduza TFF tərəfindən xarici status verilib.
Yusuf Dəmir əcnəbi sayıldıqdan sonra "Qalatasaray"ın texniki direktoru Okan Buruk "Yusuf Dəmirin ailəsi türkdür, türkcə danışır, amma bura əcnəbi kimi gəlir. Bu qaydanın dəyişdirilməsi lazımdır" deyib.
Bir müddət Türkiyədə “Giresunspor”, “Gençlerbirliği”, “Çaykur Rizəspor” və “Fənərbağça”da çıxış edən kosovalı hücumçu Vedat Muriqi də Yusuf Dəmirlə bağlı fikirlərini bildirib. "YouTube" kanalı L1 Üçgenə açıqlama verən Muriqi, "Yusuf Dəmir hadisəsi mənə gülünc gəlir. Adam türkdür, türk oğludur, Avstriyada doğulub, Avstriya Milli Komandasında oynayır"-deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB