Yay transfer dövründə 4 milyon avroluq transfer qarşılığında “Beşiktaş”dan “Reyncers”ə yollanan Rıdvan Yılmaz indiyə qədər gözlədiyi formanı reallaşdırmaq şansını tapa bilməyib. SİA xəbər verir ki, "Reyncers"in vitse-prezidenti Con Bennet milli oyunçunu aldıqlarını bildirib. Rıdvanla 5 illik müqavilə imzaladıqlarını vurğulayan Bennet, "Bəli, Rıdvan Yılmaz üçün çox pul xərclədik, amma onunla 5 həftə, 5 ay deyil, 5 illik müqavilə bağladıq. Futbolçuları erkən mühakimə etməməliyik" ifadələrindən istifadə edib.
Rıdvan Yılmaz "Reyncers" ilə Şotlandiya Premyer Liqasında "Kilmarnock" matçında 63 dəqiqə, Çempionlar Liqası seçmələrində "Union SG" matçında 23 dəqiqə, kubokda "Kraliça Cənubi" matçında 90 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə edib. Gənc oyunçu Şotlandiya nəhəngində çıxış etdiyi üçün ilk 11-likdəki yerini tuta bilməyib. "Reyncers"dəki çıxışından sonra baş məşqçi Covanni van Bronkhorst Borna Barişiçə sol cinahda oynamaq şansı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB