Spor Toto Super Liqanın 8-ci həftəsində səfərdə "Adana Dəmirspor"la qarşılaşacaq "Qalatasaray" bu matçın hazırlıqlarına başlayıb. SİA xəbər verir ki, dinamik isinmə hərəkəti ilə başlayan məşq iki qrupda 5-2 ötürmə ilə davam edib. Məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq dar sahədə topu ötürdükdən sonra cüt qollu matçla yekunlaşıb. Sarı-qırmızılılar sabah saat 11:00 və 17:00-da baş tutacaq məşqlə "Adana Dəmirspor" matçının hazırlıqlarını davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB