"Barselona" Asensionu transfer edir?

"Barselona" "Real"da forma şansı tapa bilməyən Marko Asensionu transfer etmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, 26 yaşlı forvardın "Kral klubu" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Kataloniya təmsilçisi azad agent olaraq ispaniyalı futbolçunu heyətinə qatmağı planlaşdırır. Asensionun agenti Jorje Mendesin "Barselona" ilə yaxınlığı bu keçidin reallaşmasında böyük rol oynaya bilər.

Qeyd edək ki, Asensio mövsüm başlayandan 4 oyunda iştirak edib, ümumilikdə 47 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com