Moskvanın “Lokomotiv” klubunun sabiq prezidenti Olqa Smorodskaya Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiya millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına icazə verməmək qərarını şərh edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti məlumat yayıb.
“...Dəhşətli xəbərdir, tam biabırçılıq. Göz yaşları. Komanda indi nə etməlidir, bilmirəm? Yəqin ki, aparıcı klublarımızla oynayacaqlar. Bizi ancaq yoldaşlıq görüşləri gözləyir. Dəhşətli qərardır ”-deyə Smorodskaya bildirib.
Bir daha xatırladaq ki, AVRO-2024-ün püşkatma mərasimi oktyabrın 9-da Almaniyanın Frankfurt am Main şəhərində keçiriləcək.
Yeri gəlmişkən, sentyabrın 24-də Rusiya yığması Bişkekdə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirməlidir. Noyabrda rusiyalı futbolçular İran, eləcə də ruslar kimi noyabrın sonunda başlayacaq 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyən Bosniya və Herseqovina milliləri ilə oynayacaqlar.
Rusiya yığması Qətərdə 4 ilin əsas turnirini buraxacaq. Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.
Maraqlıdır ki, bir müddət bundan əvvəl keçmiş futbolçu Andrey Arşavin Rusiyanın Avro-2024-dən kənarlaşdırıldığı xəbərinə təəccüblənmədiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB