Rusiya Futbol İttifaqı (RFİ) Rusiya milli futbol komandasının Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində iştirak etməyəcəyini açıqlayıb. Beləliklə, Rusiya millisi Avropa çempionatını buraxacaq.
Səbəb UEFA-nın fevral ayında Rusiya komanda və klublarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırmaq barədə qərarıdır.
Xatırladaq ki, UEFA-nın qərarı Lozannadakı İdman Arbitraj Məhkəməsində RFU tərəfindən etiraz edildi və iyul ayında şikayəti rədd etdi. Hazırda Birlik CAS qərarının tam mətnini gözləyir, onun nəticələrinə əsasən hüquqi müdafiə çərçivəsində gələcək addımlar barədə qərar veriləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Futbol İttifaqının mətbuat xidməti bildirib.
Yeri gəlmişkən onu da xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Frankfurt-am-Mayndə (Almaniya) keçiriləcək. Avropa çempionatının özü 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək, turnirdə 24 komanda iştirak edəcək.
...Bundan əvvəl UEFA Rusiya millisinin DÇ-2022-nin pley-off mərhələsində iştirakını dayandırıb.Bundan başqa, Rusiya klublarının 2022/2023-cü il mövsümündə avrokuboklarda çıxışı qadağan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB