"Barselona"nın hücumçusu Memfis Depay yayda klub qeydiyyatını dəyişə biləcəyini etiraf edib, lakin sonda o, Xavi Hernandezin komandasında qalıb, əsas heyətə düşmək üçün mübarizə aparmağa qərar verib.
“Yayda bir neçə klub məni heyətinə qatmaq istəyirdi, lakin variantları nəzərdən keçirdikdən sonra qalıb “Barselona”da yer almaq üçün mübarizə aparmağa qərar verdim. Rəqabəti sevirəm və sözümdən dönmürəm. “Barselona”da keçirdiyim vaxtdan zövq alıram”
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Depay bunu Amerikanın kabel idman televiziya kanalı olan ESPN-ə danışarkən bildirib.
Xatıarladaq ki, Memfis Depay “Barselona”ya 2021-ci ilin yayında, komandaya hələ Ronald Kuman rəhbərlik etdiyi vaxt keçib.
Qeyd edək ki, bu mövsüm İspaniya çempionatında iki oyun keçirən Depay bir qol vurub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB