“Barselona”nın böyük potensialı var

Robert Levandovski İspaniya və Almaniya çempionatlarını müqayisə edib
“Barselona”nın böyük potensialı var

"Barselona”nın hücumçusu, əvvəllər “Bavariya”da çıxış etmiş Robert Levandovski İspaniya və Almaniya çempionatlarını müqayisə edib.

Onun sözlərinə görə, Bundesliqada daha çox fiziki döyüşə önəm verilirdi, La Liqada isə komandalar futbol oynamaq istəyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Polşanın gündəlik idman qəzeti olan “Prizeglad Sportowy”ə danışan Levandovski daha sonra deyib:

“...Bundesliqa, əlbəttə ki, daha çox fiziki döyüşə yönəldilib. İspaniyada futbol oynamağa çalışan və istəyən daha çox komanda var. Bugünkü vəziyyətə baxışım belədir. Amma istisna etmirəm ki, gələcəkdə bizim müdafiə komandaları ilə də oyunlarımız var. Əsas odur ki, “Barselona”nın böyük potensialı var. Bu təmiz hava nəfəsi məni daim inkişaf etdirir, irəlilədir. Hiss edirəm ki, yeni enerji yükü almışam” .

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə