Yay transfer dövründə "Fənərbağça"dan "Napoli"yə keçən Kim Min Jaenin İtaliya komandasındakı çıxışı gündəm olub. SİA xəbər verir ki, yeni komandasında ilk 11-lik üçün vazkeçilməz olan cənubi koreyalı futbolçu heyran etməyə davam edir. 25 yaşlı futbolçunun "Napoli" karyerasına çox yaxşı başladığı vurğulanıb və bundan yaxşısını təsəvvür edə bilməyəcəyi qeyd edilib. Kim Min Jae-nin transferindən bu yana Napolinin keçirdiyi 9 oyunun 8-də 90 dəqiqə meydanda qaldığı vurğulanıb, Napolinin də milliyə itkisiz daxil olduğu bildirilib. Cənubi koreyalı müdafiəçinin müdafiədəki uğurları ilə yanaşı, liqada Monzaya vurduğu qolla da hesaba töhfə verdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB