"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb. SİA-nın məlumatına görə, 31 yaşlı müdafiəçi Syerra Leone və Botsvana ilə oyunlar üçün yığmaya çağrılıb.

Matçlar müvafiq olaraq, sentyabrın 24-ü və 27-də keçiriləcək.

Qeyd edək ki, Siyanda Xulu cari mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə