Enner Valensiya "Fənərbağça"dakı uğurun sirrini AÇIQLADI

Enner Valensiya "Fənərbağça"dakı uğurun sirrini AÇIQLADI

"Fənərbağça"nın "Korendon Alanyaspor" matçında 4-cü qolunu vuran Enner Valensiya matçdan sonra fikirlərini bölüşüb. SİA xəbər verir ki, uşaqları ilə müsahibə sahəsinə gələn ekvadorlu hücumçu, "Ailə həyatda ən vacib şeydir. Biz bu mövsüm "Fənərbağça" ilə böyük bir ailəyik. Bunu hər matçda, hər məşqdə yaradırıq. Qarşılaşmada əhəmiyyətli qələbə qazandıq. Bu mövsüm də hədəflərimizə çatmaq üçün belə davam etməyi hədəfləyirik" dedi.

Superliqada 7 qol vurduğunu xatırladan Valensiya, "Məni həqiqətən sevindirən komandanın qələbə qazanaraq yoluna davam etməsidir. Daha yaxşı olmaq istəyirik" deyərək, fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə