""Qarabağ" komandası uğurlu günündə idi" - RƏŞAD SADIQOV

""Qarabağ" komandası uğurlu günündə idi" - RƏŞAD SADIQOV

"Birinci hissə də düşündüyümüz kimi oyun getsə də, 2-ci hissədə hər şey əksinə oldu. "Qarabağ" komandasının hər bir futbolçusu böyük həvəslə oynayırdı". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov 7:1 hesbaı ilə bitən "Qarabağ"- "Zirə" matçından dərhal sonra keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi qeyd edib ki, ilk qolu itirmək çox böyük səhv idi: "Oyun zamanı çox kobud səhvlərimiz var idi. Bu gün Ramil Şeydayevin qollarının yalnız biri reallaşdı. Bizim səhvlərimiz nəticəsində də "Qarabağ" belə bir böyük hesab yaratdı. Rəqib komandanın "Nant" komandası ilə oyunundan sonra yorulduqlarını düşünürdük. Lakin onlar bu gün çox böyük həvəslə və inamla meydanda oynayırdılar. Bizim komandanın müdafiəsində boşluqlar var. Hər bir komandanın uğurusuz və uğurlu günləri olur. Bu gün bizim üçün uğursuz, "Qarabağ "komandası üçün isə uğurlu bir gün idi. "Qarabağ" bu gün meydanda çox sürətli və dinamik oynayırdı. Hər bir məşqçinin hesabında belə bir hesabla məğlubiyyət olur. Qarşıda bizi iki həlledici oyun gözləyir. Bugünkü oyunu böyük ümid ilə gözləyirdik. Gələn oyunlarda əlimizdən gələni etməyə çalışacıyıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə