Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atıb

Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. SİA-nın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 topıla hərəktlərdə 30.750 xal qazanıb. Qrup komandası bu nəticə ilə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir.

Qeyd edək ki, qrup hərəkətləri yığması bu il bir sıra mötəbər yarışlarda uğurlu nəticələrə imza atıb. Bədii gümnastlar Avropa çempionatında 3 bürünc, V İslam Həmrəyliyi Oyunlarında isə 2 qızıl və 1 gümüş medala sahib çıxıb.

Dünya çempionatında fərdi növdə mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova lentlə 5-ci, halqa ilə hərəkətlərin icrasında 6-cı, çoxnövçülük proqramında isə 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə