"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Qəbələdə "Kəpəz" və "Şamaxı" arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçında videoköməkçi hakim (VAR) sistemindən istifadə olunmur. SİA-nın məlumatına görə, buna VAR avtomobilində texniki nasazlığın aşkarlanması səbəb olub.

Oyundan öncə hər iki komandann kapitanlarına bununla bağlı məlumat verilib.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab "Şamaxı"nın xeyrinədir - 1:0. Yeganə qolu 5-ci dəqiqdə Nihad Quliyev vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə