Azərbaycan millisi polo üzrə Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan millisi polo üzrə Avropa çempionatında mübarizə aparacaq

Sentyabrın 18-də Bakıda keçirilən polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.

SİA-nın məlumatına görə, qarşılaşmada Azərbaycan və İsveçrə yığmaları fəxri kürsünün üçüncü yeri üçün mübarizə aparacaqlar.

Binə Atçılıq Mərkəzində keçiriləcək görüş saat 12:00-da başlayacaq.

Azərbaycan Respublikası Atçılıq Federasiyası, Avropa Polo Federasiyası və Beynəlxalq Polo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan çempionatda Azərbaycan, İspaniya, İsveçrə və Avstriya polo komandaları iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə