"Fortuna Sittard" Hollandiya Liqasında "Excelsior"la qarşılaşıb. SİA xəbər verir ki, "Fortuna Sittard" liqanın 7-ci həftəsində oynanan matçda 88-ci dəqiqədə Remi Vitanın qolu ilə 1-0 qalib gəlib. Burak Yılmaz oyuna "Fortuna Sittard"ın start 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb. Oğuzhan Özyakup 55-ci dəqiqədə oyuna daxil edilib. Doğan Ərdoğan cəzalı olduğu üçün matçın heyətində yer almayıb. Beləliklə, 3 türk futbolçudan ikisi oynamaq şansı qazanıb. Bu nəticədən sonra "Fortuna Sittard" 4 xala yüksəlib. "Excelsior"un 9 xalı var. “Fortuna Sittard” liqanın növbəti həftəsində “Volendam”ı qəbul edəcək. “Excelsior” öz meydanında “Utrext”i qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB