"Ayaqlarımızı yerdə saxlayacağıq" - Vincenzo Montella

"Ayaqlarımızı yerdə saxlayacağıq" - Vincenzo Montella

Spor Toto Super Liqanın 7-ci həftəsində səfərdə "Fraport TAV Antalyaspor"u 3:0 hesabı ilə məğlub edən "Adana Dəmirspor"un baş məşqçisi Vincenzo Montella çox vacib və dəyərli qələbə qazandıqlarını bildirib. SİA xəbər verir ki, Montella, matçdan sonra təşkil edilən mətbuat konfransında matça yaxşı başladıqlarını və ilk dəqiqədə qol vurduqlarını bildirib. Qarşılaşmadan əvvəl futbolçularına iddialı komandaya qarşı oynadıqlarını və ilk dəqiqələrdə özlərini göstərmək məcburiyyətində olduqlarını söylədiyini dilə gətirən Montella bu işdə də uğur qazandıqlarını bildirib.

Rəqibin qırmızı vərəqə almasından sonra komandanı bəyənmədiyini bildirən Montella, "Yavaş oyun keçirdik. O dəqiqədən etibarən çətinlik çəkdik. Aldığımız qırmızı vərəqədən sonra istədiyimiz oyunu oynamağa başladıq. Topa daha çox sahib olduq və sürətli oynadıq. Çox vacib və dəyərli qələbə qazandıq. Azarkeşlərimizin sevinməsi normaldır. Bizim prezidentimizin də sevinməsi normaldır. Biz də onun üçün çox xoşbəxtik” ifadələrindən istifadə edib.

Onlar üçün liqanın yeni başladığına diqqət çəkən Montella, "Milli fasilədən sonra "Qalatasaray"a qarşı oynadığım üçün xoşbəxtəm. Ayağımızı yerdə saxlayacağıq və xarakterimizi meydanda əks etdirməyə davam edəcəyik" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə