Kavani əsrin əvvəlindən bəri La Liqanın ən yaşlı debütantı oldu

Kavani əsrin əvvəlindən bəri La Liqanın ən yaşlı debütantı oldu

“Valensiya”nın hücumçusu Edinson Kavani İspaniya çempionatında müasir rekorda imza atıb.

Belə ki, “Selta” ilə bugünkü qarşılaşma uruqvaylı üçün “yarasalar”da ilk və La Liqada debüt olub. SİA xəbər verir ki, “Opta”nın məlumatına görə, məşhur hücumçu cari əsrin əvvəlindən bəri (35 yaş 215 gün) ən yaşlı debütantı olmaqla çempionat rekordunu yeniləyib. Qeyd edək ki, əvvəlki rekordçu 2015-ci ilin əvvəlində 35 yaş 174 gün olarkən "Eybar"da debüt edən Cema Anibarro idi.

Xatırladaq ki, Edinson Kavani bu il avqustun sonunda "Valensiya"ya keçib. Bundan əvvəl isə təcrübəli hücumçu “Mançester Yunayted”in şərəfini qoruyub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə