"İstanbulspor" - "Beşiktaş" matçında Ersin Destanoğlunun buraxdığı səhv qol Mert Günokun səsinin yüksəlməsinə səbəb olub. SİA xəbər verir ki, ötən mövsüm ciddi zədə alan və məşqlərə başlayan təcrübəli qolkiperin ilk 11-likdə yer almasını istəyən “Beşiktaş” azarkeşləri sosial şəbəkədə qalibi gündəmə gətiriblər.
“İstanbulspor” matçında qapısına ilk zərbədən küncdən qol buraxan Ersin Destanoğlunu küsdürən ağ-qaralar Mert Günoku ilk 11-də görmək üçün sosial mediada hərəkətə keçib. Ersin Destanoğlunun oyunundan narazı qalan “Beşiktaş” azarkeşləri gənc qapıçıya reaksiya göstərərək, onun əvəzinə qapıya Mert Günok getməli olduğunu bildiriblər. Ötən mövsüm ağır zədə alan təcrübəli qolkiper 1 ilə yaxındır ki, formasından uzaq qalıb. Ağ-qara komanda ilə məşqlərə başlayan və formasını alacağı günü səbirsizliklə gözləyən Mert Günoku istəyən azarkeşlər sosial şəbəkədə çoxlu paylaşımlar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB