Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. SİA-nın məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı ABŞ təmsilçisi Kayl Snayderlə üz-üzə gəlib.
Qarşılaşma Maqomedovun məğlubiyyəti ilə bitib.
Daha əvvəl 65 kq-dakı Hacı Əliyev yarımfinala yüksəlib. 3 qat dünya və 3 qat Avropa çempionu finala gedən yolda Rəhman Amuzadxəlili (İran) ilə görüşəcək.
Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Radoslav Marçinkieviç (Polşa) ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB