Mario Balotelli sərxoş halda gecə klubundan çıxarkən görüntülənib

Mario Balotelli sərxoş halda gecə klubundan çıxarkən görüntülənib

"Adana Dəmirspor"dan ayrılaraq "Sion"a keçən Mario Balotelli gecə klubundan çıxıb və onun sərxoş halı üzə çıxıb. SİA xəbər verir ki, Mario Balotelli transferin son günlərində İsveçrənin "Sion" komandasına transfer olunub. Yeni komandasında ilk 2 matçda meydana çıxan təcrübəli hücumçu daha sonra köhnə təlatümlü günlərinə qayıdıb. Balotelli barın çıxışında iki nəfərin dəstəyi ilə gəzərkən görüntülənib.

"Sion" klubunun təcrübəli futbolçudan xəbər ala bilmədiyi də iddia edilib. İsveçrə yığmasına yeni transfer olunan italyan ulduz "Bazel" matçından sonra ölkəsinə qayıdıb. Ölkəsində ziyafətə qatılan futbolçunun bu halları İsveçrədə gündəm olub. "Adana Dəmirspor"un prezidenti Murat Sancak Balotellinin yeni komandasında rahat olmayacağını, orada da çoxlu problemləri olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə