Rusiyalı futbol klubunu satır...

İngiltərənin “Bornmut” futbol klubunun rusiyalı sahibi Maksim Demin onu satmaq üçün danışıqlar aparır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sky Sports” telekanalı xəbər yayıb.

Qeyd edək ki, Demin 2011-ci ildə klub prezidenti Eddi Mitçel ilə birlikdə "Bornmut"u alıb. İki il sonra Demin klubun yeganə sahibi, 2019-cu ildən - Bornmutun yeganə səhmdarı oldu.

Deyilən ehtimallara görə, rusiyalı futbol klubunu amerikalı iş adamı, Vegas Qolden Kniqhts NHL komandasının sahibi Bill Foleyə sata bilər.

Xatırladaq ki, ötən mövsüm "Bornmut" 2015-2020-ci illərdə çıxış etdiyi Premyer Liqanın yüksək divizionuna vəsiqə qazanıb. İngiltərə Premyer Liqasının cari çempionatında “Bornmut” altı oyundan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Yəqin xatırlamış olarsınız, bu ilin mayında rusiyalı digər milyarder Roman Abramoviç də sahibi olduğu “Çelsi” futbol klubu ilə yollarını ayıraraq, onu 4,25 milyard funt-sterlinqə satdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə