""Qarabağ" Azərbaycan futbolunun nələrə qadir olduğunu sübut etdi" - FUTBOL EKSPERTİ AÇIQLADI
“Dünən “Qarabağ” komandası bir daha göstərdi ki, qrupda favorit klublardan biridir. Bu fikirləri SİA-ya açıqlamasında futbol eksperti Şahin Diniyev bildirib.

Ekspertin sözlərinə görə, oyunun ilk hissəsində “Qarabağ” komandası zəif başladı və “Nant” komandası “Qarabağ”-ın hər bir taktikasını öyrəndi: “Lakin oyunun 2-ci hissəsində “Qarabağ” komandası sürətini artıraraq Kadinin, Zubirin ustalığı sayəsində oyunu daha da dinamik etdi. Bununla da rəqib komanda panikaya düşdü və nəticə etibarilə “Qarabağ” 12 dəqiqədə 3 qola imza atdı. “Qarabağ” Fransanın “Nant” kimi komandasını hər bir cəhətdən üstələdi. “Qarabağ” buna layiq idi və bu, təsadüfi bir qələbə deyil. “Qarabağ” təbii ki, bununla kifayətlənməyəcək. Həmçinin elə bir komanda deyil ki, qələbədən arxayın olub digər oyunlara hazırlaşmasın. Qarabağ Azərbaycan futbolunun nələrə qadir olduğunu dünən meydanda “Nant” komandasına sübut etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB