"Renn" - "Fənərbağça" matçında gərginlik - Xorxe Jesus dəli oldu
UEFA Avropa Liqasında "Renn" və "Fənərbağça" matçında gərgin anlar yaşanıb. SİA xəbər verir ki, meydan sahibləri 2 dəqiqəyə 2 qolla önə keçərkən, cavab 60-cı dəqiqədə İrfan Can Kahvecinin möhtəşəm zərbəsi ilə gəlib və fərq 1-ə enib.
Qarşılaşma 2:1 hesabı ilə davam edərkən Traore dirsəyi ilə İrfan Can Kahvecinin üzünə zərbə endirib. Bu gedişdən sonra iki komandanın futbolçuları arasında qısamüddətli mübahisə yaranıb. 30 yaşlı futbolçu 83-cü dəqiqədə qırmızı vərəqə alaraq oyundan kənarda qalıb.
Ennes Valensiyadan 90+2-də "Renn"in qapıçısı Mandandanın 2-2 hesabı ilə topu ona verməməkdə israr etməsi iki komandanın futbolçuları arasında yenidən gərginlik yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB