"Başakşehir" Avropanı diz çökdürür

"Başakşehir" Avropanı diz çökdürür

UEFA Avropa Konfrans Liqası A qrupunun ikinci matçında "Medipol Başakşehir" İtaliyanın "Fiorentina" komandasını qəbul edib. SİA xəbər verir ki, qızğın oyunda 3-0 qalib gələn "Başakşehir" 2-ci matçda 2-ci qələbəsini qazanıb. "Başakşehir"ə qələbə qazandıran qolları 57 və 71-də Serdar Gürler, 90-da isə Traore vurub. “Fiorentina”nın futbolçusu Conatan İkone 76-cı dəqiqədə qırmızı vərəqə görüb. "Başakşehir" Emre Belözoğlu ilə Avropada oynadığı 8-ci matçda uduzmayıb və 6-cı qələbəsini qazanıb. Təmsilçimiz öz qrupunda 2 xalla 2 xal qazanaraq 6 xalla qrup lideri olub. "Fiorentina"nın 1 xalı var. "Başakşehir" növbəti matçında Latviyanın RFS komandasının qonağı olacaq. "Fiorentina" Şotlandiyada "Harts"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə