"Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi" - "Qarabağ"ın qapıçısı
"Əlbəttə, qalib gəlmək xoşdur". SİA-nın məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı qolkiper son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr səbəbindən bu qələbədən tam zövq ala bilmədiklərini söyləyib: "Çoxlu sayda şəhid vermişik. Buna görə tam sevinə bilmirik".
O, görüşə hazırlaşmağın çətin olduğunu söyləyib: "Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB