"Qalib olsaq da, qəlbimiz şəhidlərlərimizlə döyünür" - "Qarabağ"ın baş məşqçisi
"Bu gün qalib gəlməyimizə baxmayaraq mənim üçün danışmaq heç asan deyil. Sanki birazda futbolçularda da həyəcan var idi. Çünki Azərbaycan xalqı bizdən qalibiyyət gözləyir". SİA xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda deyib.
Baş məşqçi qeyd edib ki, oyunun ilk dəqiqələrində futbolçularda həyəcan dəhşət çox idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalibiyyət əldə etsək də, ürəyimiz şəhidlərimizlə döyünür. Hər bir futbolçuma uğurlar arzulayır və təbrik edirəm. Biz qrup oyunlarına əvvəlcədən hazırlaşırdıq. Son zamanlar iştirak etdiyimiz oyunlar bizim üçün böyük təcrübə oldu. Oyundan əvvəldə futbolçularımla danışdıq ki, tam şəkildə soyuqqanlı olacayıq. Bizim daima beynimizdə bir fikir var idi ki, qələbə qazanmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB