"Biz müdafiədə yaxşı oynamadıq" - BAŞ MƏŞQÇİ

"Biz müdafiədə yaxşı oynamadıq" - BAŞ MƏŞQÇİ

"Birinci hissədə biz yaxşı oynasaq da qol vura bilmədik. Daha sonra "Qarabağ" komandası çox yaxşı oynadı və 12 dəqiqədə bizə 3 qol vurdular". SİA xəbər verir ki, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi qeyd edib ki, futbolda hər zaman udan və uduzan tərəflər olur: "Biz Qarabağ komandasını orada gözləyəcəyik ki, qələbə əldə edə bilək. Bizim qrupda 6 oyunumuz var. Bakıda uduzsaq belə bundan sonraki oyunlarda qələbə qazanmağa çalışacayıq. Mən əvvəlcə də, qeyd etmişdim ki, "Qarabağ" komandası çox güclü komandadır. Onların təcrübəsi çoxdur. Mən məğlubiyyəti fikirləşsəm də, hesabın 3:0 bitəcəyini gözləmirdim. Bizim əsas məqsədimiz qol vurmaq idi. Qolu vura bilməyəndə biz artıq qol yedik. Həmçinin etiraf etmək lazımdır ki, biz müdafiədə yaxşı oyanamadıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə