"Oyunun maraqlı keçəcəyini gözləyirəm" - İDMAN EKSPERTİ BİLDİRDİ
“Bu gün keçirilən “Qarabağ” – “Nant” oyunun olduqca maraqlı keçəcəyini düşünürəm”. Bu sözləri SİA-ya açıqlamasında idman eksperti Vladislov Qədirli bildirib.

İdman ekspertinin sözlərinə görə, bugünkü oyun üçün nəzərdə tutulan bütün biletlər satılıb: ““Qarabağ” komandası bu gün qələbə qazanmalıdır. Çünki bundan sonra qrup oyunlarında rahat şəkildə mübarizə apara bilsin. “Nant” komandası da yetərincə güclü bir komandadır. Bu gün meydanda biz çox dinamik bir oyun izləyəcəyik. Azərkeşlərlə birgə əl-ələ verib “Qarabağ” komandasına dəstək olmalıyıq ki, qalib olaq. “Qarabağ” yetərincə təcrübəli bir komandadır. Bu klub Avropa səviyyəsində artıq öz sözünü deyib. Bugünkü oyuna ev sahibliyi etməyimiz “Qarabağ” komandasına müəyyən üstünlük verir. Çox inanıram ki, bu gün qələbə bizimlə olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB