“Qalatasaray”ın ulduz ansamblı manşetlərdə

“Qalatasaray”ın ulduz ansamblı manşetlərdə

İspaniya mətbuatı “Qalatasaray”ın ulduz ansamblı ilə bağlı manşetlərə yer ayırıb. SİA xəbər verir ki, İspaniyanın sport.es saytında bunlar qeyd olunub: “Yerli və xarici imzalar təəccübləndirdi. Bacarıqlı, maraqlı komanda. Məqsəd 2000-ci illərdəki UEFA kuboku uğurlarını və çempionluqları təkrarlamaqdır”.

İspan ulduzu Xuan Matanın fotosunun yer aldığı xəbərdə, "Qalatasaray"ın əhəmiyyətli transferlərə imza atdığını xatırladıb. Xəbərdə sarı-qırmızılıların yeni heyətinin uzun illər Avropada çıxış edən təcrübəli adlardan ibarət olduğu bildirilib və bu fikirlər səsləndirilib: "Türkiyə komandası önəmli futbolçularla dolu bir komanda formalaşdırıb. İkardi, Torreyra, Juan Mata və Mertens digər ulduzlar. "Qalatasaray" bu yay yerli və xarici transferləri ilə təəccübləndirdi. Avropa futboluna uzun tarixə malik oyunçuların gəlişi onlara istedadlı, maraqlı bir komanda formalaşdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə