Messi bir qolla iki Çempionlar Liqası rekorduna imza atdı

Messi bir qolla iki Çempionlar Liqası rekorduna imza atdı

PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Hayfanın “Makkabi” komandası ilə görüşdə qol vuraraq, eyni vaxtda iki rekorda imza atıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, argentinalı futbolçu Çempionlar Liqasında 18 mövsümdə “Real Madrid”in hücumçusu Kərim Benzemaya qalib gələrək tarixdə qol vuran ilk futbolçu olub. Xatırladaq ki, Kərim Benzemada bu göstərici 17-dir.

Qeyd edək ki, “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo iştirakçısı olduğu Çempionlar Liqasının 16 mövsümündə qol vurub.

Messi həm də turnir tarixində 39 fərqli kluba qol vuran ilk oyunçu oldu. Ronaldoda isə bu göstərici 38-dir.

Yeri gəlmişkən xatırladaq ki, Çempionlar Liqasında vurulan ümumi qolların sayına görə Messi tarixdə ikinci yerdədir. Argentinalı 158 matçda 126 qol vurub. Bu göstəriciyə görə Ronaldo 183 oyunda 140 qolla liderlik edir. Üçüncü yerdə “Barselona”nın polşalı hücumçusu Robert Levandovski (108 oyun və 89 qol), dördüncü yerdə Benzema (143 oyun və 86 qol) qərarlaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə