Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 6-cı yeri tutub. SİA-nın məlumatına görə, 21 yaşlı idmançı finalda halqa ilə hərəkətlərdə hakimlərdən 31.150 xal alıb.
O, topla hərəkətlərdə 17-ci, iki hərəkətin cəmində isə 10-cu olub.
Yarışın ilk günündə mübarizəyə qoşulmuş digər bədii gimnast Alina Gözləova isə halqa hərəkətlərdə 39-cu, topla hərəkətlərdə 51-ci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB