"Rəqib komanda nə istədiyini yaxşı bilir" - QURBAN QURBANOV

"Rəqib komanda nə istədiyini yaxşı bilir" - QURBAN QURBANOV

"Mənim üçün fikir bildirmək bu gün heç asan deyil. Sərhəddə qızğın döyüşlər gedir. Allah bütün şəhidlərimizə rəhmət eləsin". SİA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ" - "Nant" oyunundan əvvəl keçirilən mətbuat konfransında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçinin sözlərinə görə, bizim gənc balalarımız Vətən uğrunda şəhid olublar: ""Qarabağ" qrupda olan komandalar içərisində çox aqressiv və fərdi komandada çox yaxşı oyunçusu olan bir klubdur. Biz bu komandaya qarşı çox yaxşı oyun göstərməliyik. Rəqib komanda aqressiv şəkildə oyun göstərir. Bu komandaya qarşı müdafiə olunsaq yaranmış vəziyyətdən qarşı komanda çox yaxşı istifadə edəcək. Qarşı komanda meydanda nə etmək istədiklərini bilirlər. Şəhidlərimizin 1 dəqiqəlik sütukla yad edilməsi üçün UEFA-ya müraciət edilib. Bununla bağlı olaraq onlar sabah bizə məlumat verəcəklər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə