Cermeyn Lens Fransada həyatının şokunu yaşadı

Cermeyn Lens Fransada həyatının şokunu yaşadı

Uzun illər “Beşiktaş”da arzuolunmaz şəxs olan Cermeyn Lens yeni komandasında problemə düşüb. SİA xəbər verir ki, Fransa 3-cü liqa təmsilçisi "Versal"a transfer olunan Cermeyn Lens də heyətdən çıxarılıb.

2017-ci ildə 1,5 milyon avro icarə haqqı ilə "Sanderlend"dən "Beşiktaş"a transfer olunan, daha sonra 2018-ci ilin yayında 4,9 milyon avroluq ifadə alan hollandiyalı futbolçu oyunundan məyus olub və qeyri-müəyyən müddətə heyətdən kənarda qalıb. "Beşiktaş"da 5 ildə 102 matça çıxan Cermeyn Lens 12 qol vurub, 20 məhsuldar ötürmə edib. Maaşının yüksək olması ilə bağlı müzakirələrə səbəb olan və performans göstərmədiyi üçün uzun müddət heyətdən kənarlaşdırılan 34 yaşlı futbolçu Fransanın 3 Liqa komandalarından olan FC "Versal" klubuna transfer olunub. Yeni komandasında gözlədiyini tapa bilməyən Cermeyn Lens, performanssızlığı və intizamsız davranışı səbəbindən heyətdən kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə