UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci həftəsinin ilk gününə yekun vurulub. SİA xəbər verir ki, Avropa futbolunun ən önəmli klub səviyyəli təşkilatının A, B, C və D qruplarında 5 qarşılaşma keçirilib. C qrupunun maraqla gözlənilən matçında mövsümdən əvvəl "Barselona"ya transfer olunan polşalı hücumçu Levandovski keçmiş komandası "Bavariya" ilə üz-üzə gəlib. Ev sahibi "Bayern Münhen" 50-ci dəqiqədə Lukas Hernandes və 54-cü dəqiqədə Sanenin vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb. Qrupda 2-dən 2-yə çıxan "Bavariya" liderlik kürsüsünə oturub. "Barselona"nın 3 xalı var.
A qrupunda keçirilən görüşdə 17-ci dəqiqədə Salahın qolu ilə önə keçən “Liverpul”a “Ayaks” 27-ci dəqiqədə Kudusla cavab verib. 89-cu dəqiqədə qol vuran Matip "Liverpul"un meydandan 2:1 hesablı qələbə qazanmasına kömək edib. Ötən mövsümün finalçısı "Liverpul" xallarını 3-ə yüksəldib, "Ayaks" isə 3 xalda qalıb. İkinci həftənin ilk günündə CET 22.00-da başlayan qarşılaşmaların nəticələri belədir:
- A qrupu "Liverpul" (İngiltərə) - "Ayaks" (Hollandiya): 2-1
- B qrupu "Porto" (Portuqaliya) - "Club Brugge" (Belçika): 0-4 "Bayer Leverkuzen" (Almaniya) - "Atletiko Madrid" (İspaniya): 2-0
- C qrupu "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya): 2:0
- D qrupu "Olimpiya Marsel" (Fransa) - "Ayntraxt Frankfurt" (Almaniya): 0-1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB