“Trabzonspor”da işlər yaxşı getmir. Ötən mövsümü çempion kimi başa vuran “Bordo-mavilər” bu mövsümə tam məyusluqla başlayıb. İstər Avropa arenasında, istərsə də Superliqada qazandığı pis nəticələrlə azarkeşlərini məyus edən “Trabzonspor” da cədvəldə öz əksini tapıb. SİA xəbər verir ki, “Bordo-mavilər” son 7 rəsmi oyundan yalnız 1-də qələbə qazanıb. "Trabzonspor"da bir-birinin ardınca bu pis nəticələr azarkeşləri də məyus edib. Yeni transferlərin komandaya uyğunlaşa bilməməsi və ardıcıl zədələr bu nəticələrin əldə olunmasında təsirli olub.
Mövsümə Çempionlar Liqasının pley-off mübarizəsi ilə başlayan “Trabzonspor” səfərdə “Kopenhagen”ə 2-1 hesabı ilə məğlub olub. Daha sonra "Antalyaspor"a 5:2 hesabı ilə uduzdular. Daha sonra evdə "Kopenhagen"lə 0:0 bərabərə qalıb. Superliqada "Qalatasaray"la da 0:0 bərabərə qalan fırtına, ötən həftə səfərdə "Ümraniyespor"a 1:0 hesabı ilə qalib gələ bilib. Avropa Liqasında "Ferencvaroş"a 3:2 hesabı ilə məğlub olan "Trabzonspor" ötən gün də eyni hesabla "Adana Dəmirspor"a uduzub. Baş məşqçi Abdullah Avcının bu pis tendensiyaya son qoymaq üçün əhəmiyyətli qərarlar alması gözlənilir.
"Adana Dəmirspor"a qarşı oynadığı futbol və məğlubiyyətlə pis tendensiyanın qarşısını ala bilməyən "Trabzonspor"un idarə heyəti UEFA Avropa Liqasında "Srvena Zvezda" ilə oynanacaq matç öncəsi vəziyyəti dəyərləndirmək üçün bir araya gələcək. Avropa və liqadakı pis nəticələrin səbəblərini müzakirə edəcək Qara dəniz komandası, baş məşqçi Abdullah Avcıdan geniş hesabat alacaq. Avcının hesabatına uyğun olaraq, sahə daxilində və xaricində baş verənləri qiymətləndirəcək idarə heyəti yol xəritəsini təyin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB