Dünya çempionatından 5 medalla dönürlər

Dünya çempionatından 5 medalla dönürlər

Serbiyanın paytaxtı Belqraddakı güləş dünya çempionatı davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) bu gün bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə qarşılaşıb.

Rəqibinə 1:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşçiləri mundialı 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə