"Azərbaycan Premyer Liqasının 6-cı tur mərhələsində keçirilən "Qarabağ" və "Sabah" komandalarının qarşılaşması həqiqətən də çempionata rəng qatan oyun oldu". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın futbol mütəxəssisi Şahin Diniyev bildirib.
Mütəxəssisin sözlərinə görə, matç dinamikliyi, enerjili olması, drammatik keçməsi eyni zamanda qırmızı və sarı kartları ilə yadda qaldı: "Sözün əsl mənasında gərgin bir oyun müşahidə olundu. Mən deyə bilərəm ki, Azərbaycanda keçirilən ən yaxşı oyunlardan biri idi. "Qarabağ" komandası 2-ci heyətlə meydançaya çıxsa da, futbolçular çox yaxşı performans göstərdilər. Son dəqiqələrdə Kadi və Zubirin oyuna qoşulması matçı daha da rəngarəng etdi. "Sabah" komandası da çox yaxşı iştirak etdi. Fikrimcə, həm mütəxəssislər, həm azarkeşlər üçün baxımlı bir oyun keçdi. Hər iki komandanın razı qaldığını düşünürəm. Çünki oyunda uduzan tərəf olmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB