İtaliya Birinci Futbol Liqasının (Seriya A) 6-cı həftəsinin bağlanış matçında “Roma” “Empoli”ni 2:1 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, zirvə uğrunda mübarizə aparan “Roma” aşağı liqa xəttindən uzaqlaşmaq istəyən “Empoli”nin qonağı olub. Dibalanın 17, Abrahamın 71-ci dəqiqələrdə vurduğu qollarla "Roma" qalib gəlib.
Romada 80-ci dəqiqədə istifadə olunan penalti zərbəsindən Pelleqrini yararlana bilməyib. "Empoli"də qolunu 43-cü dəqiqədə Bandinelli vuran Akpa Akproya 87-ci dəqiqədə qırmızı vərəqə göstərilib. “Roma”nın formasını geyinən milli futbolçu Zeki Çelik 90 dəqiqə meydanda qalıb. Xalını 13-ə yüksəldən "Roma" lider "Napoli"dən 1 xal geri qalaraq 5-ci, "Empoli" isə 4 xalla 16-cı pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB