"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandası arasında keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçının video-köməkçi hakimləri (VAR) bəlli olub. SİA-nın məlumatına görə, VAR sisteminə İtaliyadan olan ədalət təmsilçiləri nəzarət edəcəklər. Bunlar 38 yaşlı Luka Payretto və onun 45 yaşlı köməkçisi Cakomo Paqanessidir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Nant" matçı saat 20:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə