"Beşiktaş" məğlubiyyətsiz titulunu itirib

"Beşiktaş" məğlubiyyətsiz titulunu itirib

Spor Toto Super Liqanın 6-cı həftəsində öz meydanında "Medipol Başakşehir"i qəbul edən "Beşiktaş" 1:0 hesabı ilə məğlub olub. SİA xəbər verir ki, matçın ilk hissəsində hər iki komanda təhlükəli hücumlar qursa da, qol səsi eşidilməyib və 0:0 hesabı ilə yekunlaşıb. İkinci hissənin ilk vaxtları bərabərlik şəraitində keçərkən, Valerien İsmael və Emre Belözoğlunun hərəkətlərindən sonra oyuna temp gəlib və 71-ci dəqiqədə Nəcibin ötürmə səhvində sürətli olan "Medipol Başakşehir" Burkina Fasonun qolu ilə komandasını 1-0 önə keçirib.

Matçın 87-ci dəqiqəsində baş hakim Halil Umut Melerin verdiyi kobud qərardan sonra etiraz edən Valerien İsmailə əvvəlcə sarı vərəqə göstərilib, daha sonra etirazlarını davam etdirən İsmayıl ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşma "Başakşehir"in 1-0 üstünlüyü ilə başa çatsa da, "Beşiktaş" liqada ilk məğlubiyyətini yaşayıb və xalını 13-də saxlayıb. "Medipol Başakşehir" isə yeni mövsümdə qol buraxmayan yeganə komanda olaraq davam edib və xalını 13-ə yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə