Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Dendra Parka ekskursiya təşkil olunub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilk öncə bələdçi Dendra Park haqqında geniş məlumat ver O, qeyd edib ki, buradakı bitki kolleksiyası özünə məxsus landşaft ansamblı olub, dünyanın ən yaxşı park nümunələrindəndir. Dendra Parkı 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.
Sonra yeniyetmə və gənclər parkla tanış olduqdan sonra asudə vaxtlarını səmərəli keçirib, istirahət ediblər.
Ekskursiya müddətində iştirakçılar üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, şahmat, dama kimi idman yarışları təşkil olunub.
Günün sonunda iştirakçılara oyunlarda fəal iştiraklarına görə diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB