"Yuventus" "Salernitana"nı keçə bilmədi

"Yuventus" "Salernitana"nı keçə bilmədi

İtaliya Birinci Futbol Liqasının (Seriya A) 6-cı həftəsində “Yuventus”un pauza dəqiqələrində 2-1 geridə qaldığı "Salernitana" matçı 2-2 hesabı ilə başa çatıb. 18-ci dəqiqədə Kandreva və 45+5-ci dəqiqədə Piatekin (penaltidən) vurduğu qollarla "Salernitana" 2:0 üstünlüyü ilə soyunub-geyinmə otağına gedib. 51-ci dəqiqədə Bremerlə fərqi 1-ə endirən ev sahibi “Yuventus” Bonuççinin 90+3-cü dəqiqədə vurduğu qolu ilə hesabı bərabərləşdirib. Milik 90+5-ci Yuventusun 3-cü qolunu vurub. Lakin qol qeydə alınmayıb. Qol vurulan zaman formasını çıxaran Milik ikinci sarı vərəqəsini görüb və oyundan kənarlaşdırılıb. Qol ləğv edildikdən sonra iki komandanın futbolçuları arasında gedən müzakirədə "Salernitana"dan Fazio 90+7 və "Yuventus"dan Kuadrado 90+9-cu dəqiqədə qırmızı vərəqə alıb. Xalı 10-a yüksəldən "Yuventus" 8-ci, xalını 7-yə yüksəldən "Salernitana" isə 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə