"Barselona" Bernardo Silvanı da heyətinə qatır?

"Barselona" Bernardo Silvanı da heyətinə qatır?

"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kataloniya təmsilçisi "Mançester Siti"nin portuqaliyalı vingeri Bernardo Silvanı heyətinə qatmaq niyyətindədir.

28 yaşlı futbolçunun keçidinin qış transfer dövründə həll ediləcəyi gözlənilir. Silva üçün tərəflər arasında danışıqlar aparılır.

Onun üçün "şəhərlilər"ə təklif olunan məbləğ hələ ki bəlli deyil.

Qeyd edək ki, adıçəkilən oyunçu 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com