" Oyunda mübahisəli hissələr oldu" - MURAD MUSAYEV

" Oyunda mübahisəli hissələr oldu" - MURAD MUSAYEV

"Bu gün idmançılarıma meydançada göstərdikləri oyuna görə təşəkkür edirəm". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında 4:3 hesabı ilə bitən "Qarabağ" - "Sabah" oyunundan sonra "Sabah" komandasının baş məşqçisi Murad Musayev bildirib.

Baş məşqçi qeyd edib ki, "Qarabağ" komandasına qarşı oynamaq çox çətindir: "Qayda pozuntusu etməməli idik amma hər şeyə rəğmən çox yaxşı oyun nümayiı etdirdilər. Oyunda müəyyən mübahisəli hissələr var. Xüsusilə də, 4-cü qol zamanı qaranlıq qalan məqamlar oldu".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə