Nara dünyanı "Qalatasaray"dan istədi!

Nara dünyanı "Qalatasaray"dan istədi!

Argentinada yayımlanan Amerika TV-də "LAM" adlı proqramda İkardinin həyat yoldaşı və eyni zamanda meneceri olan Vanda Naranın Türkiyəyə gəlişi zamanı yaşananlardan bəhs edilib. Naranın "Qalatasaray"dan şəxsi aşpaz, 5 övladı üçün məktəb, dekabr ayına qədər otel otağı, ailə kimi yaşaya biləcəkləri dəbdəbəli ev, şəxsi mühafizə və 24 saat sürücüsü olan nəqliyyat vasitəsi tələb etdiyi qeyd edilib.

Ona ünvanlanan tənqidlərə cavab verən Nara bunları deyib: "Gənc yaşlarımdan işləyirəm. Müqavilələri özüm edirəm. Sadəcə çıxıb oynamıram. Oturub heç nə edə bilmirəm". Klubun yaydığı videoda Vanda Nara "Mauro və ailəmiz üçün çox xoşbəxtəm. İstanbulu tanıyırdım. Amma bu dəfə tətil üçün deyil, yaşamaq üçün buradayam" sözlərini də səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə