İspaniya La Liqasının 5-ci həftəsində “Atletiko Madrid” öz meydanında “Selta Viqo” ilə qarşılaşıb. SİA xəbər verir ki, "Metropolitano"da keçirilən matçda "Atletiko" 4-1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinə qələbə qazandıran qolları 9-cu dəqiqədə Korrea, 50-ci dəqiqədə De Paul, 66-cı dəqiqədə Karrasko, 82-ci dəqiqədə Unai Nunes (K.K.) vurub. Selta Viqonun yeganə qolu 71-ci dəqiqədə Veyqadan olub.
"Barselona"dan 2 il icarəyə götürdüyü və 40 milyon avroluq transfer haqqını ödəmək istəməyən "Atletiko Madrid"də 63-cü dəqiqədə Alvaro Moratanın yerinə Antuan Qrizmann oyuna daxil edilib. Bu nəticədən sonra "Atletiko" xalını 10-a yüksəldib, "Selta Viqo" isə 7 xalda qalıb. Liqanın növbəti həftəsində “Atletiko Madrid” “Real Madrid”i qəbul edəcək. "Selta Viqo" "Valensiya"ya yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB