"Barselona"-"Kadis" matçında dəhşətli anlar yaşandı

"Barselona"-"Kadis" matçında dəhşətli anlar yaşandı

İspaniya 1-ci Futbol Liqasının (La Liqa) 5-ci həftəsində keçirilən "Kadis"-"Barselona" matçı azarkeşin infarkt keçirməsi səbəbindən yarım saat dayandırılıb, matçın sonunda isə "Barselona" 4-0 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, 0:0 hesabı ilə bitən matçın ilk hissəsində "Barselona" 55-ci dəqiqədə Frenkie de Yonqun qolu ilə 1:0 önə keçib. 57-ci dəqiqədə Memfis Depayı əvəzləyən Robert Levandovski 65-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Son 4 həftədə La Liqada qol vuran polşalı hücumçu Levandovski ümumi qol sayını 6-ya çatdırıb. Qarşılaşmaya damğasını vuran hadisə 80-ci dəqiqədə baş verib. "Kadis"in tribunasında yaşlı azarkeş infarkt keçirdikdən sonra hər iki klubun həkimləri və futbolçuları təcili yardım göstərmək üçün səfərbər olublar. "Kadis"in qapıçısı Jeremias Ledesma "Barselona"nın ehtiyat oyunçular skamyasından aldığı defibrilator (şok aparatı) ilə tribunalara tullanaraq həkim qruplarına kömək etməyə çalışıb. Tədbir zamanı tribunalarda və meydanda tam sükut hökm sürərkən, futbolçular paltardəyişmə otağına yollanıblar.

İspaniya mətbuatı təcili yardımla xəstəxanaya çatdırılan tərəfdarın səhhətinin yaxşılaşdığını açıqlayıb. Təxminən 30 dəqiqə dayanan oyun, futbolçuların meydana qayıtması ilə yenidən başlayıb və son 10 dəqiqə oynanılıb. Matçın 86-cı dəqiqəsində əlavə vaxtda Ansu Fati və Ousmane Dembelenin (dəq. 92) qolları ilə 4:0 hesabı ilə qalib gələn "Barselona" xalını 13-ə çatdıraraq, "Real Madrid"i önə keçirib (12). Liqada hələ də qol vurmayan “Kadis” sonuncu pillədə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə