Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib. SİA-nın məlumatına görə, "Zirə" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub.
72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.
Beləliklə, bu qələbədən sonra xallarını 10-a çatdıran "Zirə" 5-ci pilləyə yüksəlib. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB